Həkimlərin əməkhaqlarına ediləcək artımlar açıqlanıb
02.09.2026 [12:26]
Xəbərin mətni
Əməkhaqqı artımları vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılacaq. Yeni yanaşma tibb işçisinin peşəkarlığının, məsuliyyətinin və iş yükünün əməkhaqqında daha dolğun əks olunmasını, eyni zamanda, fəaliyyət və keyfiyyət göstəriciləri vasitəsilə pasiyent məmnuniyyətinə müsbət təsirin gücləndirilməsini nəzərdə tutur. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Anar Bayramov sentyabrın 2-də keçirilən mətbuat konfransında məlumat verib.