Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə ayrılan vəsait açıqlanıb
02.09.2026 [12:41]
Xəbərin mətni
Azərbaycan mina probleminin həllində güclü milli iradə və məsuliyyət nümayiş etdirib. 2020-ci ilin noyabr ayından etibarən ölkədə humanitar minatəmizləmə fəaliyyətinə təxminən 590 milyon ABŞ dolları ayrılıb. Bu məbləğin təxminən 4 faizi beynəlxalq dəstək hesabına təmin edilib, qalan hissəsi isə Azərbaycan Hökuməti tərəfindən qarşılanıb. Bunu Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransının açılış mərasimində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.