Azərbaycan Dövlət İnformasiya Agentliyi

UN-Habitat-ın nümayəndəsi: Azərbaycanın minatəmizləmə sahəsində həyata keçirdiyi işlər digər ölkələr üçün vacib təcrübədir

02.09.2026 [15:07]

Xəbərin mətni

Azərbaycan minalardan təmizləmə prosesinin 95–96 faizindən çoxunu özü həyata keçirir və bu prosesə rəhbərlik edir. Bu, digər ölkələrin də Azərbaycanın həyata keçirdiyi mühüm və iddialı fəaliyyətdən öyrənə biləcəyi olduqca vacib təcrübə və mesajdır. Bunu Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-Habitat) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional İdarəsinin direktoru Erfan Ali jurnalistlərə açıqlaması zamanı deyib.