BMT-nin nümayəndəsi: Süni intellekt mina əleyhinə fəaliyyət sahəsində inqilab yarada bilər
02.09.2026 [15:08]
Xəbərin mətni
Süni intellekt mina əleyhinə fəaliyyət sahəsində inqilab yarada bilər. Xüsusilə son iki ildə texnologiyanın minaların aşkarlanması, zərərsizləşdirilməsi və təhlükəli ərazilərdə təhlükəsiz irəliləyiş imkanlarımızın genişləndirilməsi baxımından əhəmiyyətli irəliləyişlərə səbəb olub. Bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Layihə Xidmətləri Ofisinin (UNOPS) Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Tim Lardner jurnalistlərə açıqlaması zamanı deyib.