Şahbuzda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb
05.09.2026 [10:50]
Xəbərin mətni
Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının həkimi Nurlan Cəfərovun verdiyi məlumata görə, yaralılar saat 21:00 radələrində xəstəxanaya çatdırılıb. “Xəstəxanamıza 9 yaralı daxil olub. Onlardan 3-ü azyaşlı, 5-i qadın, 1-i isə orta yaşlı kişidir. Yaralılardan 2-nin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir. Hazırda onların müalicəsi stasionar şöbədə davam etdirilir”, – deyə həkim bildirib.