Göygöldə moruq festivalı: Sərgilər, konsertlər və əyləncə
05.09.2026 [15:35]
Xəbərin mətni
Göygöl rayonunun Keşkü kəndində III Moruq Festivalı keçirilir. Tədbirin ilk günü sənətkarların əl işləri, innovasiya sərgi zonaları, kənd təsərrüfatı və yerli məhsulların təqdimatı, həmçinin qədim xalçalar sərgisi və idmançıların nümunəvi çıxışları nümayiş olunur. Gün ərzində uşaqlar üçün əyləncə proqramları, milli mətbəx və ictimai iaşə xidmətləri, eləcə də idman oyunları təşkil ediləcək.