Cıdır düzündəki yazılara tarixçi-alimdən etiraz: “Bu, subkulturadır”
06.09.2026 [16:08]
Qarabağ Azərbaycanın tarixini, mədəniyyətini və incəsənətini özündə birləşdirən bir örnək, Vətənimizin baş tacıdır. Baş tacımızın incisi isə Şuşa hesab olunur. Uzun müddət işğal altında olan Qarabağ torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman oğullarımızın şücaəti ilə azad olundu. Daha sonra antiterror əməliyyatı ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu o demək idi ki, Azərbaycan yenidən öz şanını-şöhrətini, mənliyini qaytarmış oldu. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri tarix üzrə fəlsəfə doktoru, Şəkidən olan ziyalı Rahim Həsənov Cıdır düzündə maddi-mədəniyyət nümunələrimiz olan qaya və daşların üzərinə yazılanlardan təsirlənərək ifadə edib.