Xocavənd artıq dünənin həsrətini deyil, sabahın ümidini yaşadır
08.09.2026 [11:53]
Xəbərin mətni
Bir vaxtlar işğalın ağır izlərini daşıyan, evləri və küçələri viran qoyulan Xocavənddə bu gün həyat yenidən qaynayır. Şəhərin küçələrində insanların səsi eşidilir, evlərin pəncərələrindən işıq saçılır, həyətlərdə ağaclar əkilir, bağlarda ilk məhsullar yetişir. İllər boyu həsrət qalan torpaq indi öz sakinlərinin addımlarını, zəhmətini və sevincini yenidən duyur. Küçələrdə uşaqların gülüşü, həyətlərdə samovarın tüstüsü, ağaclardan gələn meyvə ətri Xocavəndin dəyişən simasını göstərir. Bu şəhərdə indi hər yeni ev, hər əkilən ağac, hər uşaq səsi doğma yurda qayıdışın və yeni həyatın rəmzinə çevrilir.