Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

08.09.2026 [12:44]

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraitinin yollarda yarada biləcəyi çətinlikləri nəzərə alaraq hərəkət iştirakçılarını daha diqqətli və məsuliyyətli olmağa çağırır. Sürücülərə yağışlı havada sürət həddini yol və hava şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, kəskin manevr və qəfil tormozlanmalardan çəkinmək, eləcə də işıq cihazlarından düzgün istifadə etmək tövsiyə olunur. Güclü külək zamanı xüsusilə yük, qoşqulu və tentli nəqliyyat vasitələrinin sürücüləri küləyin hərəkət dayanıqlığına təsirini nəzərə almalıdırlar. Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videomaterialda izləyə bilərsiniz.