Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Süleymanov: Yağıntıların artması minatəmizləmə fəaliyyətinə mənfi təsir göstərir

08.09.2026 [12:46]

Xəbərin mətni

Minatəmizləmə fəaliyyətində də iqlim dəyişikliklərinin təsiri hiss olunur. Bizim fəaliyyətimizin spesifikasını nəzərə alaraq təhlükəsizlik səbəblərindən yağışlı günlərdə çalışa bilmirik. Son illərdə yağışların artması, sözsüz ki, bizim fəaliyyətimizə öz mənfi təsirini göstərir. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.