Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstehsalat rəhbəri: Əsas məqsədlərdən biri Qarabağa köçən sakinlərin işlə təmin olunmasıdır

08.09.2026 [18:50]

Xəbərin mətni

“Accurate Az” MMC ötən il dekabrın 24-dən Xocalı şəhərində fəaliyyət göstərir. Müəssisə əsasən ofis mebelləri və onların komponentlərinin istehsalı ilə məşğuldur. AZƏRTAC xəbər verir ki, bunu müəssisənin istehsalat rəhbəri Natiq Əmiraslanov deyib.