Azərbaycan Dövlət İnformasiya Agentliyi

AHİK rəsmisi: Yeni iş yerlərində təhlükəsiz əmək vacibdir

08.09.2026 [19:01]

Xəbərin mətni

İşğaldan azad edilmiş ərazilərdə yeni müəssisələrin yaradılması və iş yerlərinin açılması sevindirici haldır. Bu, məşğulluğun təmin olunmasına mühüm töhfə verir. Bununla yanaşı, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması da xüsusi diqqət tələb edir. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) şöbə müdiri Adil Rəhimli deyib.