Azərbaycan Dövlət İnformasiya Agentliyi

Endokrinoloq: Diabet xəstələri payız meyvələrindən imtina etməməlidir

09.09.2026 [11:02]

Xəbərin mətni

Mövsümi meyvələrin düzgün seçilməsi və qəbul edilən miqdarın nəzarətdə saxlanılması şəkərli diabet xəstələrinin qidalanmasında mühüm əhəmiyyət daşıyır. Mütəxəssislər bildirirlər ki, meyvənin qlikemik indeksinin aşağı olması onun tərkibindəki şəkərin və lifin miqdarı ilə yanaşı, ölçüsü və quruluşu ilə də əlaqəlidir. Gəncə Şəhər Beynəlxalq Xəstəxanasının həkimi, endokrinoloq Şəhla Verdiyeva AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, daha sərt və liflə zəngin meyvələr, bir qayda olaraq, qanda şəkərin səviyyəsinin daha yavaş yüksəlməsinə səbəb olur.