Azərbaycan Dövlət İnformasiya Agentliyi

Media eksperti: QHT-lər kibertəhlükəsizliyin təmin olunması ilə bağlı addımlar atırlar

09.09.2026 [13:25]

Xəbərin mətni

Təhlükəsizlik baxımından məsələlərə yanaşanda əsasən iki istiqamət daha çox diqqət cəlb edir. Birincisi, məzmunla bağlı təhlükəsizlikdir, ikincisi isə texniki baxımdan təhlükəsizlik məsələləridir. Yəni biz kibertəhlükəsizlik deyəndə, onlayn mühitdə, yeni media dövründə təhlükəsizlikdən danışanda bu iki komponentin hər ikisinə mütləq toxunmaq lazımdır. Əlbəttə, əsas məsələ burada məzmun təhlükəsizliyidir. Çünki yaşadığımız dövrdə dezinformasiyanın həcmi kifayət qədər çoxdur və hətta təsadüfi deyil ki, Davos İqtisadi Forumu bu dezinformasiyanı dünya üçün risklər arasında ikinci sırada yerləşdirib. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.