Rauf Cabarov: QHT sektorunda kibertəhlükəsizliklə bağlı görüləsi işlər çoxdur
09.09.2026 [13:28]
Xəbərin mətni
Ölkəmizdə rəqəmsallaşma ilə bağlı çox ciddi işlər aparılır və bu il Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş rəqəmsallaşma ilə bağlı inkişaf üzrə fəaliyyət planı bir çox istiqamətləri müəyyənləşdirib. Amma, eyni zamanda rəqəmsallaşma ilə paralel olaraq kibertəhlükəsizliyin də önəmi dəfələrlə artır. Bu səbəbdən fərqli sahələrdə kibertəhlükəsizliyə xüsusi diqqət ayırmaq lazımdır. Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabarov söyləyib.