Şükürbəyliyə qayıdan keçmiş köçkün: Neçə illərdir bu günü gözləyirdik
10.09.2026 [10:15]
Xəbərin mətni
Bu gün burada olmağımıza, doğma torpağımıza qayıtmağımıza çox sevinirik. Neçə illərdir bu günü gözləyirdik. Çox ağır, çətin günlərimiz olub. Bu sözləri AZƏRTAC-a açıqlamasında Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən keçmiş məcburi köçkün Təranə Quliyeva söyləyib.