Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalıda minaya düşən ANAMA-nın əməkdaşı əməliyyat olunur

10.09.2026 [13:51]

Xəbərin mətni

Xocalı rayonunun Daşkənd kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində xəsarət alan 1990-cı il təvəllüdlü şəxs Xankəndi Şəhər Mərkəzi Xəstəxanasından daha ixtisaslı tibbi xidmət almaq üçün sentyabrın 10-u saat 10:30-da Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə təxliyə olunub. Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.