Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rahman Qurbanmuradov: Bakı görüşü xalqlarımız üçün faydalı olacaq

14.09.2026 [13:46]

Xəbərin mətni

Tarix boyu xalqlarımız arasında qardaşlıq münasibətlərinin möhkəm kökləri olub. Həmin köklər şəhərlərimizə yayılıb, dini dəyərlərimiz, ölməz mədəniyyətimiz, adət-ənənələrimiz və dillərimizin bir-birinə yaxınlığı qardaşlığımızın əsas əlamətlərindən olub. Bunu Türkmənistan Müsəlmanları Ruhani İdarəsinin yeni seçilmiş sədri, müfti Rahman Qurbanmuradov Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərlərinin 7-ci görüşündə çıxışı zamanı deyib.