Allahşükür Paşazadə: Seyyid Yəhya Bakuvinin fəlsəfi görüşləri milyonlarla insana təsir göstərib
14.09.2026 [20:48]
Haqq dini olan İslamı insanlara olduğu kimi təbliğ etmək yönündə böyük səylər göstərmiş Seyyid Yəhya Bakuvinin mötədil təsəvvüf fəlsəfəsi, əsasən, mənəvi kamillik, insan qardaşlığı, tolerantlıq və bəşəri həmrəylik prinsiplərinə əsaslanır. Təsadüfi deyil ki, Bakuvinin fəlsəfi irsi UNESCO səviyyəsində qeyd olunub, qlobal əhəmiyyət qazanıb. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində “Gülüstan” sarayında keçirilən “İslam dünyasının mədəni irsində Seyyid Yəhya Bakuvi zirvəsi: Mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda I Beynəlxalq konfransın plenar iclasında çıxışı zamanı deyib.