Baş katib: Seyyid Yəhya Bakuvi irsi bilik, mənəviyyat, müdriklik və insan ləyaqətinə hörmət ənənəsini yaşadır
14.09.2026 [21:08]
Şeyx Seyyid Yəhya Bakuvi ortaq irsimizin ən dəyərli istiqamətlərindən birini – bilik, mənəviyyat, mötədillik, müdriklik və insan ləyaqətinə hörmət üzərində qurulmuş İslam ənənəsini təmsil edir. Onun intellektual və mənəvi irsi xatırladır ki, İslam heç zaman elmə can atmaqdan və insanın inkişafından ayrı olmayıb. Bu baxımdan Şeyx Seyyid Yəhya Bakuvinin irsi yalnız tarixi məsələ deyil. Bu irs həm də bu günümüz və gələcəyimiz üçün mühüm mesajdır. Bu fikirləri Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev “İslam dünyasının mədəni irsində Seyyid Yəhya Bakuvi zirvəsi: mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda keçirilən I Beynəlxalq konfransda çıxışı zamanı bildirib.