Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səbinə Yusif: Qırmızı Bazar qəsəbəsinə köçdüyümüz üçün çox sevincliyik

15.09.2026 [10:55]

Xəbərin mətni

Biz Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə köçürük. Bu gün çox sevincliyik. Allah şəhidlərimizə rəhmət eləsin. Allah Prezidentimizi, dövlətimizi qorusun. Bu sözləri AZƏRTAC-a açıqlamasında həyat yoldaşı məcburi köçkün olan və Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə köçən Səbinə Yusif söyləyib.