Bu il muxtar respublikada 49 mindən çox şagird təhsil alacaq
15.09.2026 [12:45]
Xəbərin mətni
Bu il muxtar respublikada 49 mindən çox şagird təhsil alacaq. Onlardan 3600-dən çoxu birinci sinfə qədəm qoyur. Eyni zamanda, məktəbəhazırlıq qruplarında təxminən 2300 şagird təhsil alacaq. Naxçıvan Muxtar Respublikası yeni tədris ilinə hazırlıq başa çatdırılıb. Təhsil Nazirliyi tərəfindən bütün təhsil müəssisələrində infrastrukturun, məktəblərin tədrisə hazırlığının, təhsil vasitələri ilə təminatın və digər istiqamətlər üzrə işlərin həyata keçirilməsi təmin olunub. Bu sözləri Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov jurnalistlərə müsahibəsində deyib.