Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq konfransın iştirakçısı: Bakıda keçirilən tədbir Şeyx Seyid Yəhya Bakuvinin irsinə diqqəti artıracaq

15.09.2026 [13:30]

Xəbərin mətni

Görkəmli mütəfəkkir və sufi alimi Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın Bakıda keçirilməsi onun irsinin müsəlman və Türk dünyasında tanıdılması baxımından böyük əhəmiyyət daşıyır. Bunu Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktik konfransın iştirakçısı, Londonda və İslamabadda yerləşən “Muslim Institute” analitik tədqiqat mərkəzinin proqram rəhbəri Sahibzadə Sultan Bahadur Əziz AZƏRTAC-a müsahibəsində deyib.