Valideynlərin yarımçıq xatirələri, övladların doğma yurd sevinci – Şükürbəylidə Bilik Günü sevinci
15.09.2026 [16:32]
Xəbərin mətni
Otuz üç ildən sonra Şükürbəyli kənd tam orta məktəbinin sinif otaqlarından yenidən uşaq səsləri eşidilməyə başlayıb. Məktəbin fəaliyyətə bərpası ən çox şagird və müəllimləri sevindirib. Onların sevincində doğma yurda qayıdışın qüruru, illərlə yarımçıq qalan arzuların gerçəkləşməsi və yeni başlanğıcın həyəcanı hiss olunur.