Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi təklif edilir
15.09.2026 [18:08]
Xəbərin mətni
Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi təklif edilir. Bu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 15-də keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.