Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəngbərəng çantalar, həyəcanlı baxışlar - Şamaxının Göylər kəndində ilk dərs günü

15.09.2026 [18:15]

Xəbərin mətni

Səhər tezdən Şamaxının Göylər kənd 1 nömrəli tam orta məktəbinin həyətində canlanma var idi. Balacalar rəngbərəng çantaları çiyinlərində, valideynlərinin əllərindən bərk-bərk tutaraq məktəbin həyətinə daxil olurdular. Bəzilərinin üzündə həyəcan, bəzilərinin baxışlarında isə məktəblə bağlı böyük maraq görünürdü.