“Peşə fədakarlarının bir günü”: FHN-in xilasedicilərinin və yanğınsöndürənlərinin iş prosesi
18.09.2026 [13:34]
Xəbərin mətni
AZƏRTAC-ın “Peşə fədakarlarının bir günü” layihəsinin növbəti buraxılışı Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicilərinin və yanğınsöndürənlərinin gündəlik fəaliyyətinə həsr olunub. Xilasedicilər və yanğınsöndürənlər 24 saat təhlükənin ön cəbhəsindədirlər. Buraxılışda yanğın, zəlzələ, qəza və digər fövqəladə hallarda ilk olaraq hadisə yerinə çatan bu peşə sahiblərinin məsuliyyəti, cəsarəti və fədakarlığı nümayiş etdirilir.