Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə

20.09.2026 [18:30]

Xəbərin mətni

Suverenlik - Azərbaycan üçün bu anlayış uzun illər yad idi. Çünki 1990-cı illərin əvvəllərində yenicə müstəqilliyini əldə etdikdən sonra Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edildi. Şəhər və kəndlər dağıdıldı, yüz minlərlə insan doğma yurdlarından didərgin düşdü. Bu işğal 30 ildən çox davam etdi.