Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fərid Şəfiyev: Qafqaz Albaniyası irsinin araşdırılması siyasi və elmi əhəmiyyət daşıyan məsələdir

21.09.2026 [13:42]

Xəbərin mətni

Qafqaz Albaniyası irsinin qorunmasının siyasi məqamları da xüsusi əhəmiyyət daşıyır. Dünən Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olundu. Məhz bu gün Qafqaz Albaniyası irsinin müzakirə edilməsi olduqca simvolikdir. Çünki Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutan bu irsin araşdırılması və qorunması milli tariximizin bütövlüyünün təmin edilməsi baxımından əhəmiyyətlidir. Bu sözləri “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda keçirilən tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.