Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keçmiş məcburi köçkün: Bundan sevincli, bundan şad gün ola bilməz

22.09.2026 [10:10]

Xəbərin mətni

Nəhayət, 30 ildən sonra doğma vətənə, ata yurdumuza qayıdırıq. Bizə bu şəraiti yaradanlara, dövlət başçımıza təşəkkür edirik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Qanları bahasına o torpaqları aldılar, bizə bu sevinci yaşatdılar. Şəhidlərin ruhları qarşısında baş əyirəm. Bu sözləri AZƏRTAC-a açıqlamasında Cəbrayıl rayonunun Şükürbəyli kəndinə qayıdan keçmiş məcburi köçkün Zakir Mustafayev söyləyib.