Layihə rəhbəri: Bu il "ADEX" və "Securex Caspian" sərgiləri üçün geniş proqram hazırlanıb
22.09.2026 [12:42]
Xəbərin mətni
“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində daha çox pilotsuz uçuş aparatları, hərbi geyimlər və ləvazimatlar, hərbi dəniz sistemləri, radioelektron mübarizə vasitələri, təyyarə və aviasiya sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, silah və sursat kimi bölmələr təmsil olunacaq. Bunu "ADEX" və " Securex Caspian" sərgilərinin layihə rəhbəri Ülkər Qasımova 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi "ADEX" və 15-ci Beynəlxalq daxili təhlükəsizlik, mühafizə və xilasetmə avadanlıqları Sərgisi "Securex Caspian"a həsr olunmuş mətbuat konfransında çıxış edərkən deyib.