Azərbaycan Dövlət İnformasiya Agentliyi

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir

23.09.2026 [22:46]

Xəbərin mətni

"Vətən daşı" filmini Kəlbəcərdə lentə almışıq. Bildiyiniz kimi, ötən il Xocalıya həsr olunmuş filmimizi təqdim etmişdik. Bu il isə Vətən müharibəsinin və antiterror tədbirlərinin ildönümü münasibətilə şəhid Əkrəm Şadmanovun və ailəsinin həyat yolundan bəhs edən filmi ərsəyə gətirdik. Bunu jurnalistlərə açıqlamasında filmin quruluşçu rejissoru Niyam Şirinov deyib.