Mladen İvaniç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır
24.09.2026 [10:50]
Xəbərin mətni
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi böyük siyasi və idarəçilik təcrübəsinə malik şəxsləri bir araya gətirərək dünyada baş verən prosesləri və gələcək çağırışları dərindən müzakirə etməyə imkan verən mühüm platformadır. Bunu Bosniya və Herseqovinanın keçmiş Prezidenti Mladen İvaniç Mərkəzin Nyu-Yorkda keçirilən XXXVII Yüksəksəviyyəli Görüşü çərçivəsində AZƏRTAC-a açıqlamasında bildirib.