Vüqar Behbudov: Tarixi Zəfərdən sonra imtiyazlı şəxslərin mənzil təminatı 5 dəfə artırılıb
25.09.2026 [16:04]
Xəbərin mətni
Bu gün Yevlax şəhərində, MİDA yaşayış kompleksində şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olmuş şəxslərə növbəti 50 mənzil təqdim olundu. Bu mənzillərin təqdim olunması Vətən müharibəsinin altıncı ildönümü ərəfəsində baş verdi və bu, müharibə ilə əlaqədar əlilliyi olmuş şəxslərə və şəhid ailələrinə dövlətin diqqət və qayğısının bariz nümunəsidir. Bunu Yevlaxda jurnalistlərə müsahibəsində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov deyib.