Anar Quliyev: 79 şəhər üzrə 68 Baş planın hazırlanmasına başlanılıb
26.09.2026 [14:05]
Xəbərin mətni
Azərbaycanda şəhərlərin dayanıqlı inkişafının təmin edilməsi istiqamətində müasir şəhərsalma prinsipləri tətbiq olunur. AZƏRTAC xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Yaranan investisiya istiqamətləri: Daşınmaz əmlak, turizm və şəhərsalma” mövzusunda paneldə çıxışı zamanı deyib.