Dövlət Məşğulluq Agentliyinin sədri: İnsan kapitalına investisiyaya elə indi başlamaq vacibdir
26.09.2026 [16:24]
Xəbərin mətni
Təbii ehtiyatlar məhduddur, texnologiyanı isə almaq mümkündür. Dəyər yaratmaq qabiliyyətinə malik insan isə inkişaf etdirildiyi müddətdə öz potensialını artırmağa davam edir. Buna görə də insan kapitalına investisiya uzunmüddətli iqtisadi inkişaf baxımından mühüm əhəmiyyət daşıyır. AZƏRTAC xəbər verir ki, bunu II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “İnsan kapitalına və gələcək bacarıqlara investisiya” mövzusunda keçirilən paneldə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov deyib.