Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir

28.09.2026 [13:06]

Xəbərin mətni

Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir. Hesab edirəm ki, bu işin belə uğurla başa çatdırılması, haqq-ədalətin öz yerini tapması hüquqi qələbə olmaqla yanaşı, həm də tarixi bir hadisədir. Bunu Baş prokuror Kamran Əliyev 1 Oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı gününə və Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümünə həsr olunmuş tədbirdə çıxış edərkən deyib.