Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb

28.09.2026 [13:08]

Xəbərin mətni

Bu ilin ötən dövründə əvvəlki illərdən bağlı qalmış 9 cinayət işinin açılması prokurorluq əməkdaşları tərəfindən təmin edilib. Bunu Baş prokuror Kamran Əliyev 1 Oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı gününə və Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümünə həsr olunmuş tədbirdə çıxış edərkən deyib.