Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır

30.09.2026 [19:02]

Xəbərin mətni

"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin ikinci günündəki yarışlarda 1000 metr məsafəyə 2 nəfərlik kayak qayığı üzrə yarışlarda idmançı yoldaşımla ikinci yeri tutduq. Dayanmadan məşq edirdik, yarışa çox ciddi hazırlaşmışdıq. Küləkli havada tarazlığı qorumaq üçün qışda etdiyimiz məşqlər köməyimizə çatdı. Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin gümüş medalçısı Elmir Tarverdiyev deyib.