“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik
30.09.2026 [19:19]
Xəbərin mətni
“Mingəçevir Reqatası-2026”da 500 metr məsafəyə 2 nəfərlik kayak yarışlarında idmançı yoldaşım Tengiz Qaqnidze ilə birinci olaraq, qızıl medal qazandıq. Rəqiblərimiz güclü idi, buna baxmayaraq, qalib olduq. Bunu AZƏRTAC-ın bölgə müxbirinə "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin medalçısı Qiyas Əhmədov deyib.