Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım

01.10.2026 [15:51]

Xəbərin mətni

"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirində üç dəfə yarışdım. 200, 500 və 1000 metr məsafələrə 1 nəfərlik kayak qayığı yarışlarında iştirak etdim və hər üçündə birinci yeri tutdum. Çəkdiyim əziyyətin nəticəsini gördüm. Aylarla məşq etmişdim, bu yarışa ciddi hazırlaşmışdım. Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin üçqat qızıl medalçısı Əlimurad Hacızadə deyib.