Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır

02.10.2026 [13:27]

Xəbərin mətni

Bugünkü görüşümüzdə münasibətlərin ikitərəfli və üçtərəfli formatda inkişaf perspektivləri, həyata keçirdiyimiz tədbirlərin səmərəliliyi, regionda cərəyan edən hərbi-siyasi proseslər, birgə əməkdaşlığın əhəmiyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparıldı. Bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Şuşa şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının müdafiə nazirlərinin iştirakı ilə keçirilən mətbuat konfransında söyləyib.