Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır
02.10.2026 [14:38]
Biz qısa bir müddətdə Azərbaycanda müdafiə sənayesinin və ümumiyyətlə, müdafiə sektorunun necə inkişaf etməsindən həm qürur duyuruq, həm də təəccüblənirik. Sərgidə qabaqcıl texnologiyalar, süni intellekt həlləri nümayiş olunur. Bütün bunlar elmi texnologiyalardır. Bu texnologiyaları öyrənmək, araşdırmaq, xarici təcrübəni öyrənmək, milli süni intellekt modellərini yaratmaq dövlətimizin başçısının bizim qarşımızda qoyduğu məsələlərdəndir. AZƏRTAC xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev "ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin üçüncü günündə keçirilən “Müdafiə sahəsində kibertəhlükəsizlik” adlı sektorial görüşdə çıxışı zamanı deyib.