Azərbaycan Dövlət İnformasiya Agentliyi

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir

02.10.2026 [14:46]

Xəbərin mətni

Kibertəhlükəsizlik ekosistemində xüsusi diqqət yetirilməli məsələlərdən biri kibertəhlükəsizlik sahəsində mütəmadi testlərin keçirilməsidir. Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzinin rəisi general-mayor Davud Rüstəmov Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının birgə təşkilatçılığı ilə “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin üçüncü günündə keçirilən “Müdafiə sahəsində kibertəhlükəsizlik” mövzusunda sektorial görüşdə çıxışı zamanı deyib.