Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü
02.10.2026 [14:47]
Xəbərin mətni
ABŞ-nin regionda daha geniş və fəal iştirakı gözlənilir. Həmçinin ABŞ-nin Mərkəzi Asiya və daha geniş Xəzər regionuna münasibətdə yeni geostrateji düşüncəsinin formalaşdığını da müşahidə edirik. Azərbaycan və ABŞ münasibətləri isə tamamilə yeni mərhələyə yüksəlib. Bu sözləri CAMCA Regional Forumunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.