Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır

02.10.2026 [14:48]

Xəbərin mətni

Hazırda Cənubi Qafqazın bütün regional mənzərəsi dəyişib. Sülh gündəliyinin təşəbbüskarı Azərbaycandır və bu təşəbbüsün müəllifi Prezident İlham Əliyevdir. Bu sözləri CAMCA Regional Forumunda Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.