Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib

02.10.2026 [14:50]

Xəbərin mətni

Müasir silahlar artıq informasiya texnologiyaları və süni intellekt əsaslıdır, insansız sistemlər də mövcuddur. Bunların da kibertəhlükəsizliyi çox önəmli bir məsələdir. Hətta kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib. Bunu Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik İdarəsinin rəisi Elşən Həsənov Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının birgə təşkilatçılığı ilə “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin üçüncü günündə keçirilən “Müdafiə sahəsində kibertəhlükəsizlik” mövzusunda sektorial görüşdə çıxışı zamanı deyib.