Azərbaycan Dövlət İnformasiya Agentliyi

“ADEX 2026”da kommunikasiyanın olmadığı mühitlərdə əməliyyatları avtonom yerinə yetirən PUA-lar nümayiş etdirilir

02.10.2026 [15:32]

Xəbərin mətni

“ADEX-2026”da biz öz yaratığımız kəşfiyyat və zərbə PUA-larını nümayiş etdiririk. PUA-lar tam avtonomdur və mürəkkəb şəraitlərdə, GPS-in, kommunikasiyanın olmadığı mühitlərdə başqa PUA-lardan fərqli olaraq hədəfləmə, kəşfiyyat və zərbə əməliyyatlarını tam olaraq avtonom yerinə yetirir. Bunu jurnalistlərə açıqlamasında "Synapline Technologies" şirkətinin həmtəsisçisi və direktoru Bəkir Quliyev deyib.