Azərbaycan Dövlət İnformasiya Agentliyi

Eduards Stiprays: CAMCA Xəzər və Cənubi Qafqaz üzərindən ticarətin genişləndirilməsi üçün yeni imkanlar yarada bilər

02.10.2026 [16:57]

Xəbərin mətni

CAMCA Regional Forumunun əsas üstünlüklərindən biri onun yalnız ənənəvi coğrafi region çərçivəsi ilə məhdudlaşmamasıdır. Forum Mərkəzi Asiya, Cənubi Qafqaz, Monqolustan və Cənubi Asiyaya çıxışı olan Əfqanıstanı əhatə edən daha geniş əməkdaşlıq məkanı formalaşdırır. Bu isə regionun imkanlarına daha əhatəli yanaşmağa şərait yaradır. Bunu AZƏRTAC-a açıqlaması zamanı Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduards Stiprays bildirib.