Azərbaycan Dövlət İnformasiya Agentliyi

İcraçı direktor: Kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər güzəştlər əldə ediblər

02.10.2026 [17:58]

Xəbərin mətni

Sektorial görüşlər bizim müzakirə formatımızdır. Burada toplaşmağımızın əsas məqsədi odur ki, dövlət qurumları ilə onların müşahidə etdiyi kibertəhdidlər barədə müzakirə aparaq, özəl sektor olaraq öz fikirlərimizi bildirək və gələcəkdə hər hansı bir dövlət-özəl əməkdaşlığı mümkün ola bilərsə, bu əməkdaşlığın əsasını qoyaq. Bunu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) icraçı direktoru Rauf Cabarov "ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin üçüncü günündə keçirilən “Müdafiə sahəsində kibertəhlükəsizlik” adlı sektorial görüşdə çıxışı zamanı deyib.